“Rusiya adlı imperiyanın çöküşü uzaqda deyil” - Cahandar BAYOĞLU

Baxış sayı:
4276

“Azərbaycan və Türkiyə dövlətləri Doğu-Batı dünyasına örnək olacaq bir konfederasiya quracaqlar"

Dünya düzəninə tərs gələn siyasəti, qonşularla zorakı dildə danışmağı və içində olan millətləri assimlyasiya etməsi, federal subyektlərə olan qanun dışı davranışları Rusyanın dağılmasına səbəb olacaq.
Dəyərli Yurtdaşlar- sevimli soydaşlar, biz tarixi gerçəkləri və dünyada gedən dəyişiklikləri diqqətə aldıqda, görürürük ki, Sovetlər İmperiyası kimi, Rusiya adlı imperiyanın da çökməsi uzaqda deyil. Buna dünyanın dəyişməsində Rusiya imperiyasının dünya düzəninə tərs gələn siyasəti, qonşularla zorakı dildə danışmağı və içində olan millətləri asimliyasiya etməsi, federal subyektlərə olan qanun dışı davranışları səbəb olacaqdır. Bu bir gerçək ki, imperiyaların yaşamağı mümkünsüzdür.
Belə olduğu halda Rusiyanın Azərbaycanla sınır olan bölgəsində, daha doğrusu Quzey Qafqazda nələrin baş verəcəyi bizim üçün çox önəmlidir.
Biz tarixdən bilirik ki, 1803-1813 Azərbaycan Rusiya savaşından sonra Gülüstan müqaviləsinin, 1828 Türkmənçay müqaviləsinin imzalanmağıyla Azərbaycanın Quzeyi Çar Rusiyası tərəfindən işğal olundu. Bu işgala qədər isə Quzey Qafqaz işğal edilmişdi. İşğal altında olan Azərbaycan Quzeyində üsyanlar və işğala qarşı mücadilələr dayanmadığı kimi Quzey Qafqazda da Çar Rus imperiyasına qarşı Quzey Qafqaz xalqları birlik olaraq mücadilə aparmışlardır. 1834 ilində Qafqaz xalqlarının 3 imamı olan Nəqşibəndi şeyxlərindən Seyyid Cəmaləddin Kumukinin xələflərindən Şeyx Şamil Rusiyaya qarşı İyirmi beş il sürdürdüyü savaş bütün Qafqaz xalklarının azadlıq hərəkatı kimi dəyərləndirilir. Onu da xatırladaq ki, Şeyx Şamilin tasavvuf hocalarından biri Amasiya kökənli İsgəndər Kürdəmirli Azərbaycan türküdür və bu dirəniş Hərəkatının tək dəstəkçisi Osmanlı Dövlətidir.
Çar Rusiyasının çöküşü 1918 ilində Azərbaycan Demokratik Respublikasının elan olunmasından, Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını azad etməsindən sonra, bu ordu Quzey Qafqaz Cumhuriyyətini qorumaq üçün ora getmişdi və Cumhuriyyətin təməlinin güclü olmasında böyük rolu olmuşdur. Qafqaz İslam Ordusunun da əsgərlərinin içərisində Anadoluda yaşayan Azərbaycan Türkləri kimi Qafqaz xalqlarının övladları da az olmamışdır.
Bütün bunlar ondan xebər verir ki, Qafqaz xalqlarının azadlığı Azərbaycanın azadlığı ilə, Azərbaycanın azadlığı isə Qafqaz xalqlarının azadlığı ilə və Osmanlı dövlətinin dəstəkləməsimə çox bağlıdır.
Rusiya çökdüyü zaman Quzey Qafqaz cumhuriyyətlərinin taleyi nə olacaq, nə kimi siyasi çizgilər izlənəcək sorusu hər kəs kimi bizi də düşündürür.
Biz hesab edirik ki, belə bir durumda Quzey Qafqaz Cumhuiyyətləri tarixdən örnək alaraq Federasyon ya da Konfederasyon kimi bir birlikde olmaq istəklərini gündəmə gətirəcəkdir. Qafqaz Cumhuriyyətlərinin Birliyi iqtisadi, əsgəri-güvənlik acısından daha güçlü olmağı ve bu birliyin yüz illiklərlə davam etməsi üçün Birləşik Azərbaycan Dövləti ilə yeni bir birliyə gedəcəkdir.
Bu birlik bir neçə variantda düşünülə bilər.
1. Quzey Qafqaz Cumhuriyyətləri Birliyi Birləşik Azərbaycan Dövləti ilə bir konfederasyonda olur.
2. Quzey Qafqaz Cumhuriyyətləri ayrı -ayrılıqda Birləşik Azərbaycan Dövləti ilə bir konfederasyonda olur.
Birləşik Azərbaycan Dövləti tarixdən gələn tale yüklü sorumluluğunu nəzərə alıb belə bir dövlət quruluşuna hə deyəcəyi gerçək olacaqdır.
Qafqaz Cumhuriyyətləri ilə bir birlikdə olan Birləşik Azərbaycan Dövləti və Türkiyə Dövləti bölgənin güvənliyi, yüzillərlə sabitliyin qorunması, iqtisadi yüksəlişi naminə Doğu-Batı dünyasına örnək olacaq bir Konfederasyon quracaqlar.
Türk Dövlətlərinin Birliyi Avro-Asiyada bir güvənlik təminatı olmağı da Qavfqaz Cumhuriyyətlərinin qalxınmasına bir fürsət kimi dəyərləndirilməlidir.
Cahandar BAYOĞLU,
Turan Partiyası GK Başqanı