Rusiya açıqladı: İRAN BÖLGƏDƏN ÇƏKİLDİ

Baxış sayı:
3442

Rusiyanın TASS xəbər agentliyi, Suriyanın cənubunda baş verən əhəmiyyətli tərəqqini dünyaya çatdırıb.
 
Müxalif ünsürlərin İdlibə təxliyəsi ilə Suriyanın cənubunda nəzarəti ələ keçirən Əsəd rejimi və İran dəstəkli güclər, İsrailin işğalı altında olan Holan Təpələrinə qədər irəlilədi.
İsraildən hücum siqnalları gəldikdə Rusiya dövrəyə girdi və İran ünsürlərinin geri çəkilməsini təklif etdi.
 
85 KİLOMETR GERİYƏ ÇƏKİLDİLƏR
 
Təl-Əviv rəhbərliyi bu təklifi rədd etsə də, Hizbullah milislərinin daxil olduğu İran qüvvələri bu gün sərhəd xəttindən çəkilib. Rusiya, İran milisinin sərhəddən 85 kilometr uzaqlığa çəkildiyini bildirib.
Qeyd edək ki, İsrail, sərhəd xəttində İran və Hizbullah güclərini birbaşa təhdid kimi gördüyünü daha öncə bir neçə dəfə bəyan etmişdi. Təl-Əviv rəhbərliyi, indiyə qədər bir neçə dəfə Suriyadakı İran mövqelərinə raket hücumları təşkil edib.
Müxalifət.az