​Rusiya açıqladı: Heç bir kimyəvi silah izinə rast gəlinmədi

Baxış sayı:
3217

Suriyanın paytaxtı Dəməşqin Duma kəndində aparılan araşdırma nəticəsində heç bir kimyəvi silah izinə rast gəlinmədi.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Atəşkəsə Nəzarət Monitorinq Mərkəzi məlumat yayıb.
"Atəşkəsə Nəzarət Monitorinq Mərkəzinin radiasiya, kimyəvi, bioloji müdafiə mütəxəssisləri, eləcə də tibbi personaldan ibarət qrup bu gün Duma şəhərində araşdırmalar aparıb. Hərbi həkimlər Dumadaki səhiyyə qurumunu ziyarət edib. Buradakı xəstələrdə kimyəvi zəhərlənmə əlamətləri və ya kimyəvi maddənin təsirləri aşkar edilməyib", - məlumatda bildirilib.