Rusiya açıqladı: “ABŞ-a 3 tanker göndərdik”

Baxış sayı:
262

Rus qazını aldığı üçün Avropa ölkələrini Rusiyanı bəsləməklə günahlandıran ABŞ, Rusiyadan mayeləşdirilmiş qaz aldığı ortaya çıxıb.
 
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, "Vaşinqtondan gələn bütün mənfi şərhlərə baxmayaraq Rus mayeləşdirilmiş qazı ABŞ-a gedir. Təkcə son vaxtlarda Yamal SPG yatağından çıxarılan mayeləşdirilmiş qaz dolu ən azı 3 tanker, Amerika sahillərinə çatıb " deyib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, 11-12 iyulda Brüsseldə keçirilən NATO Sammiti zamanı Almaniyanın baş naziri Angela Merkel ilə birlikdə Rus qazına görə ABŞ prezidenti Donald Tramp ilə mübahisə etdiyini danışmışdı. Tramp, başda Almaniya olmaqla, Avropa ölkələrini Moskvadan qaz alaraq "Rusiyanı bəsləməklə” günahlandırmışdı.
Müxalifət.az