​RUSİYA: “ABŞ Suriyada kimyəvi silahla hücumlara başladı”

Baxış sayı:
241

Muxalifet.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ABŞ təyyarələrinin Suriya torpaqlarında qadağan edilmiş fosforlu silahlarla hava hücumlarına yenidən başladığını bildirib.
Zaxarova həftəlik mətbuat konfransında deyib: “Yerli sakinlərin açıqlaması da daxil olmaqla, əldə elədiyimiz məlumata görə, amerikalılar fosforlu silahdan istifadə edərək Fərat çayının qərb sahilində terrorçular tərəfindən nəzarətdə saxlanılan bölgələrdə güclü hava hücumlarına yenidən başlayıblar. Suriyanın SANA informasiya agentliyi bu hücumlar nəticəsində 60 nəfərdən artıq dinc sakinin yaralandığını bildirib”.
Zaxarova deyib: “Bununla əlaqədar Suriya Xarici İşlər Nazirliyi BMT-nin baş katibi və BMT Təhlükəsizlik Şurasının sədrinə bu hücumları dayandırmağı, bu cinayətləri mühakimə etməyi və günahkarları cəzalandırmağı tələb edən iki məktub göndərib”.
Qeyd edək ki, Suriya ilə Rusiya bundan əvvəl də ABŞ-ın rəhbərlik elədiyi qüvvələrin Suriyada fosfor silahından istifadə elədiyi barəsində açıqlamalar vermişdilər.
Fosfor bombaları kütləvi qırğın silahları hesab edilir. 1949-cu il Cenevrə konvensiyasına əlavə edilmiş protokol ilə onlardan istifadə qadağan edilib. Bu cür silahlardan istifadə yanğın törədilməsinə səbəb olur. Bundan savayı, alov zəhərli qazlar törədir ki, bu qazlar da ölümə səbəb olur.