​RUSİYA ABŞ-IN SİRRİNİ İFŞA ETDİ

Baxış sayı:
3802

"Türkiyəni Afrində əməliyyat aparmağa ABŞ təhrik etdi"

Muxalifət.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının beynəlxalq təhlükəsizlik katibinin müavini Aleksandr Venediktov ABŞ-ın kürdləri müasir silahlarla təmin etməklə, Türkiyəni Afrində əməliyyat keçirməyə təhrik etdiyini bildirib.
“Sputnik”ə müsahibə verən Venediktov deyib: “PKK/PYD terror təşkilatı həqiqətən də modern silahlarla təmin edilir. PKK/PYD terror təşkilatların verilən modern silahlar Türkiyəni Afrində əməliyyat keçirməyə təhrik edib”.
Sonra o sözünə davam edərək deyib: “Bundan başqa, Dəməşqin razılığı olmadan ABŞ-ın Suriya-İordaniya sərhədindək Əl-Tanfda 55 kilometrlik ərazini işğal eləməsi də heyrətvericidr. Regionda pis mənada məşhud olan Rukban qaçqın düşərgəsi var. Burada, ABŞ-ın burnunun ucunda silahlı təşkilatlardan olan yaraqlılar sərbəst şəkildə hərəkət edirlər“./Hurriyyet.org