​Rusiya ABŞ sanksiyalarına dözmək üçün... - Qreşkin

Dövlətin iqtisadi siyasətə fəal şəkildə müdaxilə etməsinə ehtiyac yoxdur.

Muxalifet.az xəbər verir ki, bunu Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin söyləyib.
"Hesab edirəm ki, biz hər şeyə hazır olmalıyıq. Lakin onu da qeyd edim ki, son üç ildə Rusiya iqtisadiyyatı xarici şoklara uyğunlaşdırılıb və yeni potensial sanksiyalar üçün təhlükəsizlik amilinə malikdir. Neft qiymətlərinin azalması və ya digər hadisələr ölkəmizə ziyan vura bilməz. Əminəm ki, Rusiya iqtisadiyyatında aparılan son islahatlardan iqtisadiyyat ABŞ sanksiyalarına qarşı dözümlü olacaq", - deyə nazir bildirib.