Rusiya ABŞ-ın qarşısında blok qoydu – SURİYAYA DAİR QƏTNAMƏ QƏBUL OLUNMADI

Baxış sayı:
2488

Rusiya BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Suriyada kimyəvi silahdan istifadə hallarının araşdırılmasının yeni mexanizminə dair qətnaməsini bloklayıb. 
“RİA Novosti”nin verdiyi xəbərə görə, TŞ-in 12 üzvü sənədi dəstəkləyib, Rusiya (TŞ-in daimi üzvü) və Boliviya əleyhinə səs verib, Çin isə bitərəf qalıb.   
Qətnamə layihəsi Suriyada kimyəvi silahdan istifadə hallarının araşdırılması ilə məşğul olan  BMT-Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının  (KSQT) ekspertlər qrupunun yeni missiya ilə əvəzlənməsini təklif edir(apa).