​RUSİYA ABŞ-a NOTA VERDİ

Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ səfirliyinə San-Fransiskoda yerləşən Rusiya Baş konsulluğu arxivləri ilə əlaqədar baş verən hadisələrlə bağlı etiraz notası təqdim edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə danışıb.
Zaxarovanın sözlərinə görə, Baş Konsulluğun bəzi arxivləri rus tərəfinin razılığı olmadan araşdırılıb.
“Şübhəsiz ki, Amerika tərəfinin bu hərəkətlərinə etiraz bəyanatı göndərilib, ABŞ səfirliyinə təqdim olunub, bizim şərhlərimiz Vaşinqtonda təkrarlanıb”, - Zaxarova deyib.
Qeyd edək ki, sentyabrın əvvəlində ABŞ hakimiyyətinin tələbi ilə San-Fransiskoda yerləşən Rusiya Baş konsulluğu və Vaşinqtonla Nyu Yorkdakı ticarət nümayəndəlikləri bağlanılıb.