​Rusiya ABŞ-ın müttəfiqinə silah bağışladı

Rusiya Filippinə çoxlu sayda pulsuz silah-sursat verəcək.
Muxalifet.az xəbər verir ki, bunu Filippinin Rusiya Federasiyasındakı səfiri Karlos Soretta söyləyib.
“Rusiya bizə 5 min ədəd “Kalaşnikov” avtomatı, 1 milyon patron və 20 hərbi yük maşınını pulsuz verib. Bu hədiyyədir. Bu hərbi texnika artıq yoldadır və oktyabrın 22-də Filippinə çatacaq”, - deyə o bildirib.