​Rusiya-ABŞ müharibəsi bu regionda BAŞLAYA BİLƏR - Vaşinqtondan ŞOK HƏMLƏ

Baxış sayı:
3538

ABŞ-ın Hərbi-Dəniz Qüvvələri Rusiya ilə artan gərginlik fonunda 2-ci donanmanı bərpa edir.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Norfolkda komandanlığın dəyişdirilməsi mərasimində dəniz admiralı, hərbi dəniz əməliyyatlarının keçmiş komandanı Con Riçardson bildirib.
“Bizim milli müdafiə strategiyası anlamağa imkan verir ki, biz böyük dövlətlərin rəqabət dövrünə qayıtdıq. Təhlükəsizlik sferası daha da mürəkkəb olmağa davam edir və bizim qarşımızda bir çox çağırış dayanır. Bu səbəbdən də dəyişikliklərə reaksiya vermək üçün ikinci donanmanı bərpa edirik”, - admiral deyib.
Onun sözlərinə görə, 2-ci donanma ABŞ-ın şərq sahili boyu və Atlantik okeanın şimalı üzrə cavabdeh olacaq.
“Bu zonalar Rusiya tərəfindən artan təhdidlə mübarizə üçün kritik əhəmiyyətli hesab edilir”, - CNN telekanalının sözügedən bəyanatı ilə bağlı məqaləsində deyilir.
ABŞ-ın Müdafiə Nazirliyi həmçinin elan edib ki, Vaşinqton Norfolkda NATO-nun Birləşmiş komandanlığını yerləşdirməyi təklif edib. Bildirilir ki, ittifaqın üzvləri onun yaradılması haqqında yaxın vaxtlarda razılaşıblar.
Pentaqon mətbuat xidmətinin rəsmi nümayəndəsi Coni Maykl bildirib ki, NATO “böyük dövlətlərin rəqamətini tanıyaraq” oriyentasiyanı Atlantikaya dəyişir.
Eyni zamanda ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi CNN-ə bildirib ki, “böyük dövlətlərin rəqabətinə qayıdış” Amerikadan Atlantikaya fokuslanmağı tələb edir.
Telekanal xatırladır ki, 2-ci donanma 2011-ci ildə strateji vəziyyətin dəyişikliyi ilə əlaqədar dağılmışdı. 2-ci donanma II Dünya müharibəsindən sonra 2-ci operativ donanma kimi yaradılmışdı.