​Rusiya ABŞ-la ortaq layihədən geri çəkilir?

Baxış sayı:
271

ABŞ-ın davamlı olaraq genişləndirdiyi sanksiyalardan dolayı Ay orbitinə kosmik stansiyanın yerləşdirilməsi üçün imzalanan ortaq layihədən Rusiya geri çəkiləcək.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Roskosmos”un rəhbəri Dmitri Roqozin deyib. O bildirib ki, münasibətlər düzəlməyəcəyi təqdirdə Rusiya öz stansiya layihəsini gündəmə gətirəcək.
Qeyd edək ki, ötən il Rusiyanın kosmik şirkəti "Roskosmos" və NASA orbitə kosmik stansiya yerləşdirmək üçün saziş imzalamışdı.