Rusiya ABŞ-la əlaqəni kəsdi: qırıcılar nəzarətə götürüldü

Baxış sayı: 68

Rusiya ABŞ-la Suriyada insidentlərin qarşısının alınması üçün qarşılıqlı fəaliyyətin dayandırılması haqqında qərar qəbul edib.
 
Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik bundan sonra Suriyadakı koalisiyanın Fərat çayının qərb sahilindəki bütün təyyarə və pilotsuz aparatlarının fəaliyyətini Rusiya hava hücumundan müdafiə sistemlərinin nəzarətdə saxlayacağını açıqlayıb.
Nazirlik bu addımı ABŞ-ın Suriya təyyarəsini vurmasına qarşı atdığını bildirib./Axar.az