Rusiya ABŞ-ın kəşfiyyat təyyarəsini əngəllədi

Baxış sayı:
10078

Rusiyanın döyüş təyyarəsi ABŞ-ın kəşfiyyat təyyarəsini havada əngəlləyib. Rusiya ABŞ-ın kəşfiyyat təyyarəsinin sərhədlərinə yaxınlaşmasının təsbit edildiyini və təyarəyə "təhlükəsizlik önləməsi" edildiyini açıqlayıb.
 
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Rusiyanın Su-27 qırıcısının Baltik dənizi üzərindəki ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsinin önünü kəsdiyini və geri qayıtmağa vadar etdiyini deyib.
Nazirlik həmçinin, "Rusiyanın döyüş təyyarələri Rusiya sərhədinə yaxınlaşmağa çalışan xarici hərbi təyyarələri müşayiət etmək üçün müntəzəm olaraq Baltik dənizinin üstündə uçuşlar həyata keçirir" deyə açıqlama bildirib.
Müxalifət.az