​Rusiya ABŞ-ın istənilən nöqtəsini vura bilər – YENİ RAKET

Baxış sayı:
2422

ABŞ Rusiyanın yeni qanadlı raketlərindən narahatdır.
Muxalifət.az xəbər verir ki, bunu Senatda çıxışı zamanı ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının rəhbəri general Lori Robinson söyləyib.
“Hədəfə çatma vasitələrinin tam komplektinə sahib olması Rusiyanın Kanada və ABŞ-ın istənilən nöqtəsinə zərbə endirmək imkanı yaradır. Buna görə də Rusiya bizim ölkələrin hava məkanına yeganə təhdid olaraq qalır. Rusiya həmçinin özünün sualtı və hərbi dəniz donanmasını da modernləşdirir”, – deyə o bildirib.