​Rusiya: “ABŞ-ın İranla bağlı mövqeyi…”

ABŞ hələlik İranla bağlı razılaşmadan geri çəkilmədiyini elan etməyib, lakin Donald Trampın bəyanatlarının çoxu Vaşinqtonun mövqeyini sual altına qoyur.
Bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Biz başa düşürük ki, ABŞ-ın rəsmi olaraq razılaşmadan çıxdığı elan olunmayıb. Lakin Prezident Tramp tərəfindən irəli sürülmüş tələblərin mahiyyəti çox şeyi sual altına qoyur. Buna görə də indi məsləhətləşmə və təhlil, eyni zamanda müxtəlif variantların nəzərdən keçirilməsi zamanıdır”, - Ryabkov bildirib.