Rusiya ABŞ-a elə təkliflər etdi ki... - Putinlə Tramp arasındakı qapalı görüşün İNANILMAZ SİRRİ AÇILDI

Baxış sayı:
3169

Helsinkidə görüş zamanı Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donalda Trampa nüvə silahının ixtisarı və kosmosda silahın yerləşdirilməsinin qadağası edilməsi haqqında danışıqların keçirilməsi də daxil olmaqla, silahlara nəzarət üzrə bir sıra təkliflər edib.
Bu haqda “Politico” nəşri bildirib.
Nəşr bildirir ki, belə təkliflər daha əvvəl “Silahlara nəzarət üzrə Dialoq” adlı sənədin dərc edilmiş hissəsində yer almayıb. Sənədi “Politico”ya təqdim etmiş insanın onu Rusiya məmurlarından aldığı, orada Putinin Helsinkidə Trampa verdiyi təkliflərin yer aldığı bildirilir.
“Politico” iddia edir ki, təkliflər arasında Strateji hücum silahlarının (SNV-3) azaldılması və məhdudlaşdırılması üzrə müqavilənin müddətinin 5 il uzadılması da var. Müqavilə 2011-ci ilin fevralın 5-də qüvvəyə minib. Sənədə əsasən, Rusiya və ABŞ 2018-ci il fevralın 5-i tarixinə, yəni bu günə qədər qitələrarası ballistik raketlərin (QBR), sualtı qayıqlardakı ballistik raketlərın (SBR) və ağır bombardmançı təyyarələrin ümumi sayının 700, döyüş başlıqlarının 1550, səfərbər olunan və olunmayan atıcı qurğuların ümümi sayının 800-dən çox olmayacaq rəqəmə qədər azaltmaq barədə razılığa gəliblər.
Yeri gəlmişkən, SNV-3 ilk dəfə qeyri-səfərbər, yəni döyüş başlığı olmayan, təlim və sınaqlar üçün nəzərdə tutulan daşıyıcılar və atıcı qurğular anlayışını təqdim edib.
2018-ci ildə müqavilənin yenilənməsi gözlənilir, çünki 2021-ci ilədək nəzərdə tutulan müqavilə bitir.
“Politico” qeyd edir ki, sənəddə “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsinə “sədaqətin təsdiq edilməsi” barədə Moskvanın təklifi yer alıb.
Sənəddə həmçinin kosmos haqqında yeni müqavilənin perspektivi haqqında deyilir. Müqavilə hər iki ölkəyə Yer kürəsinin orbitinə silahı çıxarmağı qadağan edərdi. “Politico” yazır ki, təkliflər həmçinin, özündə Avropada hərbi təlimlər və əməkdaşlıq üzrə ABŞ-ın dövlət katibi və müdafiə nazirinin rusiyalı həmkarları ilə “2+2” formatında dialoqu özündə saxlayır.
Nəşr qeyd edib ki, Tramp administrasiyası bu təklifləri şərh etməkdən imtina edib və bildirib ki, prezident belə sənədləri almayıb.
Qeyd edək ki, Tramp və Putinin birinci tammiqyaslı danışıqları 16 iyulda Helsinkidə keçirilib. Prezidentlər əvvəlcə iki saatdan çox təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə genişləndirilmiş tərkibdə görüş keçiriblər. Görüşdən sonra keçirilən mətbuat konfransında liderlər danışıqların konstruktiv keçdiyini ifadə ediblər.(Publika)