“Rusiya ABŞ-a deyil, TÜRKİYƏYƏ GÜVƏNMƏLİDİR” - Klintseviç

Rusiya Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Klintseviç, Rusiyanın Suriyada həll məsələsində ABŞ-a deyil, Türkiyə və İrana güvənməli olduğunu söyləyib.
Rusiyanın Suriyadakı hərbi uğurları artdıqca ABŞ-ın Rusiya əleyhinə aksiyalarının artacağını qeyd edən Frants Klintseviç, bu səbəblə Rusiyanın həll məsələsində yalnız Türkiyə və İrana etibar etməli olduğunu bildirib.
Rus senator, "ABŞ-ın Əbu Kamaldan çıxan İŞİD döyüşçülərini vurmaqdan imtina etməsi və Suriyada kimyəvi silahdan istifadə haqqında hesabatdan sui-istifadə edilməsi, Vaşinqtonun Yaxın Şərqdəki vəziyyətin düzəldilməsində maraqlı olmadığını göstərir" – deyə, fikir bildirib.
Klintseviç, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Vyetnamda birgə verdikləri Suriya açıqlamasının Vaşinqton üçün bir dəyəri olmadığını da vurğulayıb.
Müxalifət.az