​Rusiya ABŞ-dan yaxasını qurtara bilməyəcək – Kantrimen

Baxış sayı:
4489

ABŞ-ın Skripal işi ucbatından Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini endirməsi təhdidləri tam realdır və Moskva ikinci sanksiyalar dalğasından yaxasını qurtara bilməyəcək.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin keçmiş köməkçisi Tomas Kantrimen deyib.
“Rusiya ikinci sanksiyalar dalğasından yaxasını qurtara bilməyəcək. Belə ki, Kreml Skripal işində heç bir günahının olmadığını vurğulayır və buna görə də öz ölkəsində hansısa yoxlamaların aparılmasına izn verməyəcək”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti avqustun 22-də Rusiyaya qarşı Skripal işiylə əlaqələr sanksiyalar tətbiq edəcəyini açıqlayıb. Sanksiyaların ilk hissəsinə əsasən, Rusiya ilə hərbi aviasiya sahəsində ortaq layihələr dayandırılacaq, ölkəyə milli təhlükəsizlik sferasında tətbiq ediləcək elektron qurğuların ixracına son qoyulacaq.
Vaşinqton bundan sonrakı dönəmdə Rusiyanın kimyəvi silahları yox etməyəcəyi və BMT nümayəndələrini ölkədə inspeksiya aparmağa buraxmayacağı təqdirdə sanksiyaların ikinci paketini dövrəyə buraxacağını bildirib. Bunun üçün Moskvaya 90 gün vaxt verilib. Moskva ABŞ-ın şərtlərini yerinə yetirməyəcəyi təqdirdə Rusiya ilə diplomatik əlaqələr minimum səviyyəyə endiriləcək, Rusiyaya ixrac və idxal minimum səviyyəyə çatdırılacaq, mülki aviasiya sahəsində ortaq layihələr dayandırılacaq və Rusiya aviaşirkətlərinin ABŞ-a girişi tam qadağan ediləcək.