Rusiya ABŞ-a çağırış etdi

Baxış sayı:
1642

Rusiyanın xarici işlər naziri Sergey Lavrov verdiyi açıqlamada, "Moskva, Amerika tərəfi qarşılıqlı hörmət çərçivəsində danışmağa hazır olanda dialoqa başlayacaq" deyib.
 
Lavrov, TASS xəbər agentliyinə verdiyi açıqlamada, Rusiyanın Amerika ilə qarşılıqlı hörmət çərçivəsində dialoqa açıq olduqlarını bildirib.
 
Rusiyanın XİN rəhbəri Lavrov, "Hər zaman qeyd edirik, Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı sanksiyaları zərər vericidir və o ölkə ilə olan münasibətləri də çıxılmaz vəziyyətə salır" - deyib.
Müxalifət.az