RUSİYA 20-30 İLDƏN SONRA PARÇALANACAQ! – “İndiki sərhədlər daxilində mümkün deyil…”

Baxış sayı:
511

Amerikalı tarixçi ehtimal edir ki, Rusiya, separatizmin təzyiqi altında çat verə bilər.

Rusiya indiki formada daha 20-30 il, ola bilər ki, daha az mövcud olacaq. Ona görə az ki, onun vahid milli identikliyi yoxdur. Bu barədə ABŞ Milli Müdafiə Universitetinin beynəlxalq təhlükəsizlik məsələləri Kollecinin tarixçi-professoru Pyotr Yeltsov «Amerikanın səsi»nə verdiyi müsahibədə bəyan edib.

«Rusiya bu gün həm iqtisadi, həm ideoloji, həm də siyasi baxımdan zəif durumdadır. Mən, hətta deyərdim ki, bu gün imperiyanın aqoniya halını görürük. Hesab edirəm ki, Rusiya Sovet İttifaqının «ölüm» yaşını adlaya bilməyəcək. Sovet İttifaqı 70 il mövcud oldu, Rysiya isə indiki formasında 20-30 il, ola bilər ki, daha az mövcud olacaq. Bu, ona görə baş verəcək ki, Rusiyanın vahid milli identikliyi yoxdur. Ölkə separatizmin təzyiqi altında çat verə bilər. Hazırda bütün bunları Putin saxlayır. Bundan əvvəl hansısa hakimiyyət institutları var idi – hətta sovet hakimiyyəti dövründə «Qosplan», «Siyasi büro», Elmlər Akademiyası var idi. İndi isə hər şey Putinin şəxsiyyətinə söykənir» – amerikalı ekspert hesab edir.

Yeltsov Putindən sonra hansısa bir liderin ortaya çıxacağını və ölkəni indiki formada saxlaya biləcəyini az ehtimal olunan hesab edir. Onun sözlərinə görə, Rusiyada çoxsaylı millətlər yaşayır və hökumət vahid identiklik yaratmağa cəhd göstərir – necə deyərlər, «vahid Rusiya milləti» barədə qanun layihəsi işləyib hazırlayır.

«Təsəvvür etsək ki, Rusiyaya demokratik yolla seçilmiş lider rəhbərlik edir, o zaman bütün bunlar (ölkənin parçalanması -Red.) daha dinc yolla baş verəcək. Bu baxımdan Putinin tərəfdarları, «o, indi Rusiyanı ərazi baxımından parçalanmaqdan xilas etdi» deməklə, müəyyən mənada haqlıdırlar. Əgər Rusiya imperiya olaraq, indiki sərhədlər daxilində qalmaq istəyirsə, əlbəttə, belə avtokrat çarı yalnız dəstəkləmək lazımdır…

Ona görə də mən, hesab edirəm ki, prinsip etibarı ilə indiki sərhədlər daxilində Rusiya mümkün deyil. Ölkə, müstəmləkə sərhədlərini itirib, kiçilməlidir» – ABŞ Milli Müdafiə Universitetinin əməkdaşı təsdiqləyib.

Hazırda Rusiyanın daxilində və onun yaxın ətrafında baş verənlər açıq-aydın göstərir ki, amerikalı professorun barəsində danışdığı proses artıq başlanıb. Buna əmin olmaq üçün son günlər Tatarstan parlamentinin «monqol-tatar işğalının sonu tarixinin»dövlət səviyyəsində bayram edilməsini nəzərdə tutan qanun layihəsinə qarşı Dövlət Dumasına rəsmi etiraz bildirməsi nümunəsini önə çəkmək kifayətdir.

Ukrayna, Belarus və Gürcüstan da Rusiya ilə münasibətlərə məhz bu prizmadan yanaşırlar, bəzi müsəlmanlar isə hələ də Putinin «ətəyində namaz qılmağa» üstünlük verirlər – amma bu da uzun sürməyəcək./azpolitika