​Rusiya 100 minə ölkəsini satan xəfiyyəsini necə zəhərləyib?

Baxış sayı:
5419

Rusiya vətəndaşı, Hərbi Kəşfiyyat Xidmətinin keçmiş zabiti Sergey Skripal və qızı sinir pozuntusu yaradan maddə ilə zəhərlənib.
Muxalifet.az xəbər verir ki, bunu İngiltərənin Antiterror İdarəsinin rəhbəri Skotland-Yard Mark deyib.
Qeyd edək ki, Skripal dünən mənşəyi bilinməyən bir maddə ilə zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onunla birlikdə 33 yaşlı qızı da zəhərlənib.
Skripal 2010-cu ildə yüksək vəzifəli bir agentlə dəyişdirilmişdi. Belə ki, Mi6-ya casusluq edən Skripal 2006-cı ildə 13 il azadlıqdan məhrum edilmişdi. 2010-cu ildə ABŞ-da tutulan 10 rus agent Astriyanın paytaxtı Vyanaya gətirilmiş və Rusiyanın casusluqda ittiham edərək həbs etdiyi 4 nəfərlə dəyişdirilmişdi. Dəyişdirilmədən sonra sərbəst buraxılan Skripal həmin vaxtdan İngiltərədə yaşayırdı.
Rusiya Mi6 üçün Avropada gizli kəşfiyyat işləri aparmış Skripalın 1990-ci ildən etibarən İngiltərə kəşfiyyatına sızdırdığı məlumatlar qarşılığında 100 min dollar aldığını açıqlayıb.