Rus xəfiyyə Britaniyaya necə işləyib? - KİV

Baxış sayı:
8209

Qərb xüsusi xidməti Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın imkanlarından onun Britaniyaya gəlməsindən sonra da istifadə ediblər. 
Axar.az xəbər verir ki, “Faynənşl Tayms” Skripalın əvvəlki kimi operativ mənbə olmadığını, amma xüsusi xidmət orqanları ilə öz təcrübəsini bölüşdüyünü yazıb. 
“Ona qarşı Qərb xüsusi xidmət orqanlarının yenidən marağı onun 2010-cu ildə casusların mübadiləsi sayəsində azad edilməsindən sonra yaranıb. O, məhdud dövr ərzində faydalı olub. Britaniyada yaşadığı müddətdə ondan casus kimi istifadə edilməyib. Skripal Qərbə rus kəşfiyyatçılarının bölgəyə necə gəldiyi, necə fəaliyyət apardıqlarını anladırdı”.
 Qeyd edək ki, Skripal bir müddət əvvəl Britaniyada zəhərlənib və ağır vəziyyətdədir. Britaniya mətbuatı bu işin arxasında Rusiyanın dayandığını iddia edir.