Rus təyyarəsinin vurulması Putin-Ərdoğan anlaşmasına təsir edəcəkmi? – Kreml açıqladı

Baxış sayı:
5113

Kremlin sözçüsü Dmitri Peskov, Türkiyə və Rusiya arasında varılan İdlib anlaşmasının, Suriyanın gələcəyi baxımından son dərəcə əhəmiyyətli olduğunu bildirib. Peskov "Suriyada düşən Rus təyyarəsi bu müqaviləyə əsla təsir etməyəcək" deyib.
 
Müqavilənin əhəmiyyətinə diqqət çəkən Peskov, "Bu, Suriyanın gələcəyi baxımından son dərəcə əhəmiyyətli bir müqavilədir. Suriya böhranının həlli üçün Moskva və Ankaranın fədakarlıq göstərərək güzəştli və təsirli həll tapma qabiliyyətini göstərir. Suriyada düşən Rus təyyarəsi bu müqaviləyə əsla təsir etməyəcək" deyə, söyləyib.
Qeyd edək ki, Ərdoğanla Putin dünən Soçidə keçirdiyi görüşdə, İdlibdə silahlardan təmizlənmiş bölgə yaradılmasına dair razılığa gəlmişdi.
Müxalifət.az