​Rus tankları İraqa TƏHVİL VERİLDİ

Baxış sayı:
2521

Rusiya ilə İraq arasında imzalanan T-90 S tanklarının satışı ilə bağlı müqaviləyə əsasən, Bağdada texnikaların ilk hissəsi təhvil verilib.
Muxalifət.az xəbər verir ki, İraqa Bəsrə limanında təhvil verilən tanklar daha sonra Bağdada göndərilib.
Məlumata görə, Rusiyadan alınan tankların yaxın günlərdə silahlanmaya qəbul edilməsi gözlənilir.
Qeyd edək ki, rəsmi Bağdad ötən il Rusiya ilə 73 ədəd T-90 S tankının satışı barədə razılıq əldə etmişdi.