​Rus snayper qrupu Donbasa yerləşdirildi

Donbasda Ukrayna zabitlərinə atəş açan snayper qrupu peyda olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Ukraynanın “TSN” televiziyası informasiya yayıb.
Snayper atəşləri Pavlopoldan Vodyanova qədər olan ərazilərdə müşahidə edilib. Atəşlərin hədəfi məqsədyönlü şəkildə Ukrayna zabitləri seçilib. Hətta bəzi ərazilərdə rabitə kanalları vasitəsilə zabitlərin təhdid olunduğu bildirilib.
“Zabitləri hədəfə almaq üçün təxminən 15 snayperdən ibarət xüsusi qrup gəlib”, - xəbərdə deyilib.