​Rus əsgərləri Gümrüdə qapı-qapı gəzir – Səbəb

Rusiyaya məxsus 102 saylı Gümrü hərbi bazasından daha bir rus əsgəri itkin düşüb.
Muxalifet.az xəbər verir ki, itkin əsgəri hüquq-mühafizə orqanı əməkdaşları deyil, əsgərlər özləri axtarır. Hərbi jurnalist İbrahim Rüstəmli qeyd edib ki, Muş yaşayış sahəsində hərbi forma geyinmiş iki rusiyalı hərbi qulluqçunun əllərində rəngli şəkil evləri bir-bir gəzdiyi və əhalidən fotodakı gənc əsgəri görüb-görmədiklərini xəbər aldığı barədə artıq bir çox erməni mediası da yazıb.
Aravot.am saytı polisə müraciət edərək bu barədə hər hansı informasiyaya malik olub-olmadıqlarını soruşub. Lakin polisdən konkret cavab verilməyib