Rus səfirin qətlinə görə daha bir nəfər saxlanıldı

Baxış sayı:
4804

Rusiyanın qətlə yetirilmiş Ankaradakı səfiri Andrey Karlovun işinə görə daha bir nəfər həbs edilib.

Muxalifet.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, aprelin 6-da həbs edilmiş Şahin Söğütün həyat yoldaşı Ayşe Söğüt polis tərəfindən saxlanılıb.

Onun da Fətullah Gülənin terror təşkilatına işləməsi faktı ortaya çıxıb.

Şahin Söğütün isə cinayəti törədən Mövlüt Mert Altıntaşın təşkilat içərisindəki “böyük qardaşı” olduğu bildirilir.

Ayşe Söğütün terror təşkilatı ilə bağlı şirkətlərdə işlədiyi barədə sənədlərlə yanaşı, onun qruplaşmanın əlaqə üçün istifadə etdiyi ByLock proqramını işlətdiyi də aydınlaşıb.

Qeyd edək ki, Rusiyanın Ankaradakı səlahiyyətli səfiri Andrey Karlov Fətullahçı terrortəşkilatına işlədiyi müəyyənləşən Mövlüt Mert Altıntaş tərəfində çıxışı zamanı arxadan güllələnib. Altıntaş onun cangüdənləri içərisində səfirin arxasında qoruma işini yerinə yetirərkən anidən silahını çıxararaq səfiri güllələyib.