Rus senator gürcüləri qorxutdu: Ağır nəticələri olacaq!
2-07-2019 22:18
Baxış sayı:
5344
Gürcü hakimiyyəti Tiflisdə antirusiya çıxışlarına görə Rusiyadan üzr istəməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı senator Vladimir Cabarov deyib.
“Düşünürəm ki, ilk addım Gürcüstan prezidentinin Rusiyadan üzr istəməsi olmalıdır. Gürcüstan mübahisə edir, Rusiya isə susdurur. Bəs sonra?” - deyə Cabarov bildirib.
Senator əlavə edib ki, gürcü hakimiyyəti prosesi nəzarətə götürməsə, Ukraynada baş verənlərin eynisi Gürcüstanda yaşanacaq:
“Bunun nəticələri gürcü xalqı üçün ağır olacaq. Gürcü xalqına bunu arzu etmirəm”.