Rus qırıcı təyyarəsi SURİYADA DÜŞDÜ

 Rusiya Müdafiə Nazirliyi, Suriyadakı bazadan qalxarkən bir SU-24 qırıcı təyyarəsinin düşdüyünü açıqlayıb.
 
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Hmeymim hava bazasından havaya qalxan təyyarə yerə çaxılıb və içindəki iki pilot ölüb.
Nazirlik konkret səbəb göstərməsə də, qəzanın texniki bir problemlə bağlı baş vermiş ola biləcəyini söyləyib.
Qeyd edək ki, Rusiya keçən il də Suxoy-33 və Mig-29 təyyarələrini də Suriyada bu şəkildə itirmişdi.
Müxalifət.az