Rus polkovnikinin rəhbərlik etdiyi dəstə Türkiyədən 2 milyonluq yaxta qaçırdı

Baxış sayı:
654

Moskvada Marmarisdə "Ghost 3" gəmisini oğurlamaqda şübhəli bilinən kapitan tutulub.

Türkiyə mətbuatı xəbər verir ki, 2 milyonluq dəyəri olan gəminin qaçırılmasına Rusiya Dəniz Donanmasının sabiq polkovniki Oleq Popilov rəhbərlik edib.

8 nəfərdən ibarət qrupun üzvləri gəmini iyulun 13-də icarəyə götürüblər. Onlar yaxtanın izləmə cihazını sökərək iyulun 16-da gəmini Türkiyə sularından çıxarıblar. Qrupun üzvləri daha sonra Moskvaya qayıdıblar. İyulun 20-də şirkət gəminin geri qaytarılmadığını görüb Marmarisin sahil mühafizəsinə müraciət edib. Prokurorluq şəbəkə üzvlərinin tutulması üçün "İnterpol" vasitəsilə axtarışa başlayıb.

Digər ölkələrdə də eyni oğurluğu edən dəstənin ələ keçirilməsi üçün Rusiya polisinə məlumat verilib. Bundan sonra gəmini qaçıranlardan biri Anatoli Şutov Moskvada ələ keçirilib.

Qeyd olunub ki, Oleq Popilovun rəhbərlik etdiyi qrup 4 ildir Aralıq dənizində "fəaliyyət" göstərir. Onlar 2018-ci ildə 49, bu yay isə 37 yaxta qaçırıblar. Onlardan yalnız 6-sı tapılıb. Türkiyədən isə ümumilikdə 6 yaxtanın qaçırıldığı güman edilir.