Rus podpolkovnikin nəşi DİPLOMATK BÖHRAN YARADIB

Baxış sayı:
6754

Türkiyənin Ərdahan bölgəsində bir inşaat sahəsində aparılan qazıntıda hərbi geyimi ilə basdırılmış halda çıxarılan tabutun içərisində olan Polşa əsilli Rus podpolkovnik Karl Karloviç Rjepetski, Türkiyə ilə Rusiya və Polşa arasında diplomatik böhrana yaradıb. Türkiyənin mədəniyyət və turizm naziri Qurtulmuş, Məclisdəki xüsusi söhbətində, bir ildir ki, Qars Muzeyində mühafizə altında saxlanılan podpolkovnik Rjepetskinin vəziyyətinə dair açıqlama verib. Polşanın, vətəndaşları olduğu və bu səbəblə də cənazənin onlara verilməsini istədiyini qeyd edən Qurtulmuş, "Rusiya da deyir ki, o vaxt Polşa yox idi, Sovet İttifaqı vardı, onun üçün bu bizim vətəndaşımızdır. Rusların təklifi,, Ərdahanda bir Xristian kəndindəki qəbiristanlığa basdırılması ilə bağlıdır, onlar da cənazəni istəmir"deyib. Türkiyənin bu məsələdəki mövqeyinə gəldikdə isə "Adam Polşalıdır, Polşada da ailəsi var" sözləri ilə, podpolkovnik Rjepetskinin Polşaya ekstradisiyasına daha isti baxdığını deyən Qurtulmuş, "Bu, ölkələr arasında bir problem olmadan, həll edilməsinə çalışırıq" - deyib. ƏVVƏL RUS GENERAL GÜMAN EDİLİB Bir tabutun içində, üzərindəki hərbi geyimlə bədəninin böyük hissəsi pozulmamış halda tapılan cəsədin əvvəl Rus General Vasili Geymana aid olduğu irəli sürüldü. Ancaq araşdırmalar nəticəsində, Rus işğalı zamanı bölgəyə gələn podpolkovnik Rjepetskiye aid olduğu aydın oldu. Rus tarixi mənbələrinə görə, podpolkovnik Rjepetski, Polşa mənşəli soylu bir ailənin uşağı olaraq o tarixdə Rusiyaya məxsus olan Estoniyanın paytaxtı Tallinndə anadan olub. Rjepetskinin ailəsi isə Ukraynanın qərbindəki Volinski zonasındandır. Varşavanın piyada hərbi məktəbində təhsil alıb. Ölümündən sonra xanımı və 2 qızının Tiflis, Grodno və Moskvada yaşadığı da irəli sürülüb. Katolik olan Rjepetski üçün cənazə işləri,, Ərdahanda Katolik Kilsəsi olmaması səbəbindən Erməni Kilsəsində keçirilib. Ölüm şəhadətnaməsində də beyin qan sızması nəticəsində həyatını itirdiyi qeyd olunub. Müxalifət.az