Rus ordusundan forpost uğrunda gərgin döyüş - MAYADİN

Rusiya ordusu Suriyada Deyr əz-Zorun 40 km cənub-şərqində yerləşən Mayadin qəsəbəsi yaxınlığında böyük bir forpostu azad etmək üçün əməliyyat aparır. 
Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov danışıb. 
Generalın sözlərinə görə, Mayadin bölgəsinə hər gün yeni İŞİD üzvləri gəlməyə çalışır. Onların arasında bir çoxu xaricdən gələn muzdlu döyüşçülərdir. Terrorçular zirehli nəqliyyat vasitələri, iriçaplı silahlarla təchiz edilmiş maşınlar vasitəsilə həmin əraziyə gəlirlər. 
Qeyd edək ki, bir qədər əvvəl Suriya ordusu Mayadin şəhərində İŞİD terrorçularını mühasirəyə almışdı.