RUS ORDUSUNDAN DƏHŞƏTLİ HÜCUM - 26 ölü, çox sayda yaralı var

Baxış sayı:
3015

Rusiya qırıcılarının Suriyanın İdlib şəhərində təşkil etdiyi hava hücumu nəticəsində azı 26 dinc insan həyatını itirib. Çox sayda yaralı var.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə yerli müxalif mənbələr məlumat yayıb. Bildirilir ki, Rusiya hava qüvvələri səhər saatlarından başlayaraq hücumları intensivləşdirib. Hazırda ərazidə partlayış səsləri eşidilir.

Qeyd edək ki, 5 gün əvvəl Suriya ordusu İranın dəstəklədiyi silahlılarla birgə təhlükəsizlik bölgəsində yerləşən İdlibin cənub və qərb cəbhələri istiqamətində hücuma keçib. Hücumlara görə on minlərlə insan Türkiyə sərhədinə axı edib.