Rus ordusu Afrindən çıxır - Türkiyə böyük hərbi əməliyyata hazırlaşır

Türkiyə Suriyanın Afrin şəhərinə hərbi əməliyyata hazırlaşır.
 
Afrində yerləşdirilən rus hərbçiləri bölgəni tərk edirlər. Üç xüsusi birləşmədən ibarət 200 rus əsgəri Əsəd rejiminin nəzarəti altında olan Nubül qəsəbəsinə çəkilib.
Rus əsgərləri PKK/PYD işğalı altında olan Afrin və ətraf kəndləri 15 gündür ki, boşaldır və dünən də sonuncu rus əsgəri ərazini tərk edib.
Dünən Kefer Cinnedəki Kiybar düşərgəsindən əsgərlərini çəkən Rusiya Əsəd rejiminin nəzarəti altındakı Nubül qəsəbəsinə yerləşib.
Məlumata əsasən 200 nəfərlik hərbi kontingent Afrindən çıxıb. Amma 50-yə yaxın kəşfiyyatı hələ də bölgədədir. Bu kəşfiyyat zabitləri Kıtme kəndində fəaliyyət aparsa da, istənilən an geri çəkilməyə hazırdırlar.