​Rus ordusu Afrikaya geri dönür? – Kreml susur

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Sudanda hərbi baza yaratmaq istəyi məsələsini açıqlamaqdan imtina edib.
Muxalifət.az xəbər verir ki, mətbuat katibi jurnalistlərə açıqlamasında bu məsələ ilə bağlı hələlik susmağa üstünlük verdiyini bildirib.
Qeyd edək ki, Sudan Prezidenti Ömər Bəşir Rusiya Prezidenti Vladimir Putin və Müdafiə naziri Sergey Şoyquya Sudanın Qırmızı dəniz sahillərindəki ərazisində hərbi baza yaratmağı təklif edib. Bəşir həmçinin Putindən ABŞ təzyiqlərindən qorunmaq üçün yardım istəyib.