​Rus mətbuatı bəyan etdi: PUTİN ÜÇÜN İLK OLACAQ!

Baxış sayı:
6028

Hurriyyet.org xəbər verir ki, Rusiya mətbuatı prezident Vladimir Putinin bu gün Türkiyəyə edəcəyi səfərin onun prezident seçildikdən sonra ilk xarici səfəri olduğunu baş xəbər kimi verib.
Rusyianın “TASS” informasiya agentliyi 2017-ci ildə iki liderin 8 dəfə üzbəüz görüşdüyünü, 20 dəfədən artıq telefonla danışdıqlarını bildirib. Martın 18-də yenidən prezident seçildikdən sonra V.Putinin ilk xarici səfərini məhz Türkiyəyə eləməsi də xüsusi vurğulanıb.
Sabah İran prezidenti Həsən Ruhaninin də rus və türk həmkarlarına qoşulacağı gözlənilir.
Putinlə Ərdoğanın Akkuyu AES-in açılışında iştirak edəcəklər. Görüş zamanı Türkiyədən Rusiyaya pomidor ixracı məsələsinin də müzakirə ediləcəyi gözlənilir.