Rus model Tramp-Rusya SİRLƏRİNİ İFŞA EDƏCƏK

Baxış sayı:
4411

Tailandda nəzarətdə saxlanılan Rus model sərbəst buraxıldığı təqdirdə Tramp-Rusya sirlərini açıqlayacağını deyib.
 
Tailandın Pattaya şəhərində nəzarətdə saxlanıldığını deyən Rus model Anastasiya Vaşukevich, ABŞ-dan, nəzarətdə saxlanıldığı həbsxanadan qaçması məsələsində yardım istəyib. Rus model, instagram hesabında, azad buraxılması qarşılığında ABŞ prezidenti Donald Tramp və Rusiya arasında iddia edilən əlaqələri və gizli məlumatları ortaya çıxaracağını açıqlayıb.
26 fevralda Tailandda 9 Rus vətəndaşı ilə birlikdə həbs olunan Anastasiya Vaşukevich, sosial media hesabında bir nəzarət mərkəzində saxlanıldığını bildirmişdi. Tailandın Miqrasiya rəsmiləri, Vaşukevichin əslində Belaruslu olduğunu, ancaq Tailanda Rus pasportu ilə girdiyini bildirib. Pattayada yerləşdiyi nəzarət mərkəzindən instagram hesabına əlavə etdiyi videoda Amerikalı jurnalistlərə ona kömək etmələri üçün yalvararkən, "Sizə bütün əskik tapmaca parçalarını verməyə, deputatların Tramp, Manafort və digərləri ilə olan əlaqələri haqqında video materiallar və səslərlə dəstək verməyə hazıram, çox şey bilirəm, təkliflərinizi gözləyirəm" deyə, özünü bazarlıq predmeti olaraq təqdim edib.
Müxalifət.az