Rus kilsəsindən ABŞ-a görülməmiş təhdid

Baxış sayı:
30460

Rus kilsəsinin xoru Sankt İsaak Kilsəsində Amerikanın bombalanması mətnli bir mahnı oxuyub. Xorun görüntüləri Rus sosial mediasında  yayılarkən başqa şəxslərin də diqqətini çəkib və ingilis dilində altyazı hazırlanıb, hər kəsin diqqətinə təqdim olunub.
 
23 fevral ordu günündə Sankt Peterburq kilsəsinin xoru Sankt İsaak Kilsəsində "Hərbçilərin Əmək Haqları" adlı qəribə bir mahnı oxuyub. Əsasən 1980-ci ildə Andrey Kozlovski tərəfindən yazılan mahnı, Amerika bombalamağa hazırlaşan bir sualtı nüvə gəmisi haqqındadır.
Mahnının içərisində Amerikanı hədəf alan ifadələr isə bu şəkildədir:
"Bir nüvə mühərrikli dəniz altında, bəli, bir sıra 100-meqatonluq bombalarla. Atlantikanı keçdim və artilleriyaya müraciət etdim. Vaşinqton şəhərini hədəf al, Petrov. Salam, düşmənin yeni vətəni. Bir nüvə mühərrikli sualtı gəmisində tayfalar əyləncəli bir mahnı oxudu. Rəqib məmləkətini yandıracaqsınız. Təəssüf, Amerika, yaxşı Amerikadır. Lakin 500 il əvvəl boş yerə kəşf etdin".
Videonun 25 fevralda internetə düşdüyü və Rus sosial media istifadəçiləri arasında ciddi paylaşıldığı ifadə edilir.
Müxalifət.az