Rus hərbi təyyarələri Türkiyə səmasında

Rusiyaya məxsus An-30B tipli hərbi təyyarələr Türkiyə səmalarında müşahidə uçuşuna başlayıb.

 Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Nüvə Təhlükəsinin Azaldılması Milli Mərkəzinin rəisi Sergey Rıjkov açıqlama verib. Rıjkov müşahidə uçuşlarının mart 27-dək davam edəcəyini bildirib.

O, uçuşların “Açıq Səma” beynəlxalq razılaşmasına əsasən həyata keçirildiyini açıqlayıb.

Qeyd edək ki, “Açıq Səma” beynəlxalq razılaşması üzv dövlətlərə bir-birlərinin hava məkanında müşahidə uçuşlarının aparılması imkanını verir.