Rus gözəlinə görə taxtdan imtina edən kraldan şok qərar: Boşanmamış ikinci dəfə evlənir

Baxış sayı:
12868

Özündən 24 yaş kiçik rus gözəli Oksana Voevodina ilə evlənən və buna görə ailəsinin təzyiqi ilə taxtdan imtina etməli olan Malayziya kralı, sultan V Məhəmmədlə bağlı şok iddialar gündəmə gəlib. 

“Yeni Sabah” xarici mediaya əsasən xəbər verir ki, V Məhəmmədin ailəsinin ona uyğun gödüyü başqa bir gəlin namizədi ilə evlənməyə hazırlaşdığı iddia olunub. Maraqlısı odur ki, o, Oksanadan hələ boşanmayıb. Oksananın vəkili bildirib ki, boşanma prosesi hələ nəticələnməyib və bu halda V Məhəmmədin yenidən ailə qurması ilə əsla razılaşmayacaqlar.

Rus gözəlinə görə taxtdan imtina edən kraldan şok qərar: Boşanmamış ikinci dəfə evlənir