​Rus ekspert: Türkiyə itkinin bir hissəsini kompensasiya edə bilər

Baxış sayı:
5341

Türkiyə lirə ilə bağlı yaşadığı itkinin bir hissəsini kompensasiya edə bilər, ancaq bu, son dərəcə çətin olan siyasi konyuktora bağlıdır.
Muxalifet.az xəbər verir ki, bunu rusiyalı ekspert Yannur Aşiqali deyib.
"TL-nin dəyər itirməsi əhəmiyyətli itkidir, inflyasiyada yenidən artıma yol aça bilər. Əgər lirə qismən də olsa, dəyər qazanmasa, daxili tələbat ciddi şəkildə azalacaq və bu da iqtisadi artıma təsir edəcək", - Aşiqali qeyd edib.
Qeyd edək ki, son günlər Türkiyə lirəsi dollar qarşısında sürətlə dəyər itirməyə başlayıb.