​RUS EKSPERT: Moskva İrəvana yeni “İsgəndər”lər verəcək

İrəvana veriləcək 100 milyon dollarlıq hərbi kredit çərçivəsində Ermənistan Rusiyadan yeni taktiki raketlər alacaq.
Bunu “Haqqin.az” saytına açıqlamasında rusiyalı hərbi ekspert Dmitri Kornev söyləyib.
 “Hər kəsə bəllidir ki, Ermənistan keçən il bir neçə “İsgəndər” operativ taktiki raket kompleksi aldı. Onlar İrəvandakı paradda nümayiş etdirildi. İrəvan görünür ya tam tərkibli raket diviziyası qurmaq istəyir, ya da raket briqadası yaratmağı hədəfləyir. Yəni onlar yenidən Rusiyadan “İsgəndər” raketləri ala bilərlər. Bundan başqa, müxtəlif əlavə raketlərin alınması da mümkündür”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiya Ermənistana yeni 100 milyon dollarlıq hərbi kredit ayırmağı planlaşdırır. Ermənistan Müdafiə naziri Vigen Sərkisyan artıq bu kreditdən taktiki mühafizə silahları alacaqlarını söyləyib.