Rus döyüş təyyarələri İdlibdə hansı hədəfləri vurub? - AÇIQLAMA

Baxış sayı:
3979

“Reuters” xəbər agentliyi, Rusiyaya məxsus döyüş təyyarələrinin İdlibə hava hücumu təşkil etdiyini bildirib. Əsəd qüvvələrinin də dəstək verdiyi hücumda, İdlibin qərbindəki Cisr eş Şuğur bölgəsində yer alan terror təşkilatı Heyət Təhrir Şamın hədəf alındığı bildirilib.
 
Rusiyanın hava hücumunda, İdlibin qərbindəki Cisr Eş-Şuğur Bisenkul, Gani, İnneb, Sırmaniyye və Hamanın şimalındakı Zeyzun bölgələrini vurduğunu və bombardmanı Hımeymim hərbi bazasından qalxan 3 Rus qırıcısının bu ana qədər 20 hücumla həyata keçirdiyi bildirilib.
 
İDLİBİN QƏRBİ VURULDU, ƏSƏD QÜVVƏLƏRİ DƏSTƏK VERİB
 
Əsəd sadiq qüvvələrlə eyni anda həyata keçirilən hücuma, rejim ordusunun 4-cü Zirehli Diviziyası top atəşi ilə dəstək verib. Hamanın Jurin rayonuna yerləşmiş 4-cü Zirehli Diviziya həmçinin gərginliyi azaltma bölgəsinin sərhədindəki, Əl Ghab Vadisindəki Karkur və Qəsdin təpələrini bombalayıb.
Müxalifət.az