RUS DEPUTATLARDAN PUTİNƏ ÇAĞIRIŞ

Baxış sayı:
3964

Putindən ABŞ-ı vurmasını tələb edirlər

Muxalifət.az xəbər verir ki, İngiltərənin “İngiliz Daily Telegraph” qəzeti adlarını da sadaladıqları rus millət vəkillərinin ABŞ-ın Suriyaya ehtimal edilən hücumu zamanı Rusiyanın da fəaliyyətə başlamalı olduqlarını yazıb. Onlar Vladimir Putinə müraciət edərək, Suriyaya atılacaq ABŞ raketlərini vurmaq çağırışı ediblər.
Xəbərdə deyilir ki, Rusiya dünən hərbi təlimlər keçib və təlimlər zamanı alçaqdan uçan uzun mənzilli kruz raketləri məhv edilib.
Keçmişdə Rusiyanın paraşütçülər birliyində polkovnik kimi çalışan Frants Klintseviç deyib: “ABŞ-ın hərbi gəmilərindən raket atılacağı təqdirdə Rusiya bu “Tomahavk” raketlərini vuraraq salmalıdır”.
Parlamentin Müdafiə Komitəsinin rəhbəri olan Vladimir Şamanov isə deyib: “Moskva Suriyadakı qanunsuz hücumlara cavab verməlidir. Lazım gələrsə, hərbi tədbirlər görülməlidir”./Hurriyyet.org