​Rus casusla bağlı şok iddialar: ABŞ-dakı seçkiyə müdaxilə...

Baxış sayı:
2416

Vaşinqtonda Rusiyaya casusluq etməkdə ittiham edilən Mariya Butina adlı Rusiya vətəndaşının ABŞ-da keçirilən prezident seçkilərindən öncə Donald Trampın seçki kampaniyasını aparan Ceffri Qordon ilə görüşdüyü iddia edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Vaşinqton Post” yayıb.
Butina yalnız seçkilərə bir neçə həftə qalmış Qordon ilə bir araya gəlib. İddiaya görə, onlar sentyabr və oktyabr aylarında ekektron poçt vasitəsilə yazışıb və Qordon oktyabrda Butinanı Vaşinqtonda keçirilən konsertə və ad günü partisinə dəvət edib. Mariya Butinanın vəkili isə iddiaların şişirdildiyini və tərəflərin sadəcə şam yeməyi üçün görüşdüyünü bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Ədliyyə Nazirliyi Mariya Butina adlı rus casusunu saxlaması haqqında məlumat yaymışdı. Əgər Butina haqqında irəli sürülən iddialar öz təsdiqini taparsa, o, 5 ilə qədər həbs cəzası ala bilər.