Rus casus qadın qalmaqalı: 10 İL SƏFİRLİKDƏ ÇALIŞIBMIŞ

Baxış sayı:
3715

İngilis “Guardian” qəzeti, Rusiya vətəndaşı bir qadının ABŞ gizli xidməti tərəfindən Amerika səfirliyində işə götürüldüyünü, amma Xarici İşlər Nazirliyi tərəfindən aparılan adi bir təhlükəsizlik yoxlaması zamanı ifşa olduğunu iddia edib.
 
Qəzetin xəbərinə görə, təhlükəsizlik yoxlamasında səfirlik əməkdaşı qadının, Rus daxili kəşfiyyat xidməti FTX-nın əməkdaşları ilə mütəmadi olaraq icazəsiz danışıqlar apardığı ortaya çıxıb.
CNN televiziyasına məlumat verən mənbə isə "Səfirlik işçilərinin hamısı FTX ilə görüşürdü, ancaq Rus qadın  onlara verməsi lazım olandan daha çox məlumat verirdi" - deyib.
Bundan başqa, sözügedən qadın əməkdaşın, ABŞ gizli xidmətinin şəbəkəsinə və e-poçt sisteminə girişi olduğu, bu səbəblə ABŞ prezidenti və vitse prezidentinin gizli məlumatlarını əldə edə biləcəyi ehtimalının olduğu bildirilir.
Digər tərəfdən, “Guardian”-ın xəbərində, ABŞ gizli xidmətinin, bir casusun məlumatı daxilində səfirlikdə işlə təmin edilməsindən duyduğu utancı gizlətmək üçün qadın əməkdaşın Rusiyanın, ölkədəki ABŞ səfirlik və diplomatik nümayəndəliklərindən 750 şəxsi heyətin göndərilməsini tələb edəndə işdən çıxardığı bildirilir.
Qeyd edək ki, Rusiya, ABŞ səfirliyindəki diplomatik işçilərin ölkədən göndərilməsinə dair qərarını, ABŞ rəhbərliyinin, Rusiyanın prezident seçkilərinə müdaxilə etdiyi iddialarını əsas göstərib, ölkədəki onlarla Rus diplomatı deportasiya etmə qərarından sonra vermişdi.
Bu arada “Guardian”-ın xəbər verdiyi bu casus hekayəsi, ABŞ-da yaşayan fərdi silahlanma müdafiəçisi Mariya Butinanın, Rusiya adına casusluq ittihamı ilə həbs olunub, məhkəməyə çıxarıldığı ərəfəyə təsadüf edir.
Müxalifət.az