​Rus boksçu Britaniyada şou göstərdi

Baxış sayı:
2212

Britaniyanın Kardif şəhərində rusiyalı peşəkar boksçu Aleksandr Povetkin britaniyalı rəqibi Devid Praysa qalib gələrək “WBA İnter-Continetal” və “WBO İnternational” kəmərlərini müdafiə edib.
Muxalifet.az xəbər verir ki, rusiyalı idmançı görüşün 5-ci raundunda sol əli ilə rəqibinə endirdiyi effektli zərbə ilə Praysı nokauta salıb.
Povetkinin 70 min tamaşaçının olduğu zala daxil olması zamanı azarkeşlər onu fitə basıb və idmançının çıxışı britaniyalı tamaşaçıların uğultu sədaları ilə müşayiət olunub. Lakin kənar amillərin təsirinə düşməyən idmançı rəqibini artıq 3-cü raundda nokdauna salmağı bacarıb. Beşinci raund isə görüşün yekun nəticəsini müəyyən edib.
Povetkin həmçinin görüşə çıxarkən Rusiyanın Kemerovo şəhərində baş verən yanğın qurbanlarını da anıb. O döyüşə üzərində ağ hərflərlə “Kemerovo, biz səninləyik! 25.03.2018” yazılmış qara köynəkdə çıxmaqla “Qış albalısı” ticarət-əyləncə mərkəzindəki yanğının 64 qurbanının xatirəsinə ehtiram nümayiş etdirib.