Rumıniyada NATO təlimləri başlanıb – Dunayı keçməyi məşq edirlər…

Baxış sayı:
8134

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO-nun «Saber Guardian – 2019» beynəlxalq təlimləri Şərqi Avropanın 3 ölkəsində – Bolqarıstanda, Macarıstanda və Rumıniyada iyunun 3-dən 24-ə qədər davam edəcək.

İlk təlimləri Rumıniya qəbul edib və birdəfəyə özünün Çinku, Borduşan, Babadağ, Smırdan və Rışnov yaşayış məntqələrindəki 5 poliqonunu təlimçilərə təqdim edib.

Rumıniya radiosunun xəbərinə görə, təlim ölkənin quru qüvvələri ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avropadakı ordu hissələrini (USAREUR)) koordinasiya edir.

Albaniyadan, Bolqarıstandan, Bosniya və Hersoqovinadan, Macarıstandan, Rumıniyadan və ABŞ-dan olan 8 minə yaxın hərbçi Dunayı keçməyi, Pertriot və Stinger raketlərindən atəş açmağı məşq edir.