​Ruhi xəstədən şok etiraf: beynimi ruslar idarə edirdi

Baxış sayı:
3478

ABŞ-ın Kaliforniya ştatında yaşayan Mateyu Yensen adlı şəxs anasını 42 bıçaq zərbəsilə öldürdükdən sonra şok ifadə verib.
Muxalifet.az xəbər verir ki, xoşbəxt həyat tərzi keçirdiyini və anasını öldürmək üçün heç bir səbəbi olmadığını deyən ruhi xəstə həmin anda rusların beynini uzaqdan pultla idarə etdiyini söyləyib. O, cinayəti törətməzdən əvvəl beyninin içərisindəki bəzi səslərin ona təlimat verdiyini deyib.
Sonradan Yensenin əqli cəhətdən qüsurlu olduğu məlum olub.
Qeyd edək ki, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı yazılan xəbərlərdən sonra Qərb mediası baş verən bir sıra bədbəxt hadisələrdə Rusiyanı ittiham edir. Yensenin də mediadakı ittihamlardan təsirlənərək cəza almamaq üçün belə ifadə verdiyi ehtimal olunur.